Lənkəranda baş verən qəzada piyada ölüb.
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Fakt.info-nun sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi "Opel" markalı minik avtomobili ilə Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.