Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.
Fakt.info Hit.az-a istinadla xəbər verir ki, “Mersedes Benz G-63 AMG” markalı maşının 10 LL 077 nömrə nişanını 77 LL 077 ilə əvəzləyib. 77 LL 077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.