İdrak liseyinin şagirdləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) tədbirində iştirak ediblər.
Şagirdlərimiz Gənclər və İdman Nazirliyinin tabeliyində olan qurumlardan Gənclər evi pavilyonunda İdrak liseyinin Yaşıl Laboratoriyasında yaradılmış layihə işlərini ("Məktəblərdə Ekoloji Həyat”) təqdim ediblər.
"Məktəblərdə Ekoloji Həyat” konteksində yaradılmış 7 layihə iki istiqamət üzrə formalaşdırılıb:
"Təkrar emal vasitəsilə yaradılmış məhsulların sərgisi”
Nümayiş olunan layihələrin adları:
"Green Cycle”
"Trash to Treasure”
"Qlobal iqlim problemlərinin həllində robotların tətbiqi”
Nümayiş olunan layihələrin adları:
"Eco-city”
"Clean city Health life”
"Cycle of Nature”
"Energy for Life”
Şagirdlərimiz öz çıxışlarında sıfır tullantıya yaxınlaşaraq təkrar emalı qəbul etməklə atılan hər bir addımı YAŞIL GƏLƏCƏK naminə atılan addım olduğunu vurğulayıblar.
Onlar qlobal iqlim problemlərini araşdırmış və bu məsələnin həllini müasir hazırladıqları müasir robotlar vasitəsilə mümkün olduğunu nümayiş etdiriblər.