Lent.az xarici mediaya istinadla xəbər verir ki, prokurorluq məhkəmənin hökmündən apellyasiya şikayəti verməyə hazırlaşır.
Kazaryana qarşı cinayət işi 2022-ci il martın 21-də başlanıb. 1991-ci ildə Rostov-na-Donuda Kazaryan cinayət iyerarxiyasının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “qanuni oğru” statusunu alıb. Məlumata görə, cinayət işinin başlanmasına səbəb də bu olub.
Bu iş üzrə ittiham aktı 26 mart 2024-cü ildə prokuror tərəfindən təsdiq edilib. Təqsirləndirilən şəxsə başqa yerə getməmək barədə yazılı öhdəlik və təxminən 50 min ABŞ dolları girov alınıb.
2024-cü ilin aprelində restoranda davadan sonra Kazaryana qarşı daha bir cinayət işi də açılıb. O, xuliqanlıq və təcavüzdə ittiham olunub. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, münaqişə aprelin 20-də baş verib və aprelin 23-də məhkəmənin qərarı ilə Kazaryan ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Kazaryan illər əvvəl öldürülən erməni avtoritet “Ded Xasan” ləqəbli Aslan Usoyanın ABŞ-da işlərini həyata keçirən şəxs olub. Aslan Usoyanın ölümündə isə azərbaycanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin adı hallanıb. Bu səbəbdən Armen Kazaryanla Lənkəranski arasında münasibətlərin gərgin olduğu bildirilirdi.

Armen Kazaryan