DataLife Engine / Apellyasiya şikayəti verdi, cəzası artırıldı - Tanışını qətlə yetirən şəxsin məhkəməsi

Apellyasiya şikayəti verdi, cəzası artırıldı - Tanışını qətlə yetirən şəxsin məhkəməsi

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Ülvi Muradzadənin barəsində olan hökmdən apellyasiya şikayəti, dövlət ittihamçısının apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs əməli özünü müdafiə edərkən ehtiyatsızlıqdan törətdiyini və məhkəmədən onun barəsində olan cəzanın azaldılmasını istəyib.
Zərərçəkən şəxsin hüquqi varisi isə əksinə olaraq məhkəmədən maddənin dəyişdirilməsini və Ülvi Muradzadənin cəzasının daha da ağırlaşdırılmasını və həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini xahiş edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin şikayətini əsassız hesab edərək qəbul edilməməsini istəyib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib. Müşavirədən sonra qərar qəbul elan olunub.
Belə ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti rədd edilib, zərərçəkən şəxsin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək təqsirləndirilən Ülvi Muradzadə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.
Xatırladaq ki, hadisə 2023-cü ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Ülvi Muradzadə şəxsi münasibətlər zəminində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Dimitri İqoyeviç Potapovu bıçaqla xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.


///Oxu.ax
22-11-2024, 08:53
Вернуться назад