DataLife Engine / Aparıcı Qərb ölkələri Qlobal Cənubun suallarına cavab verməlidirlər: COP29-un verdiyi imkanlardan niyə yararlanmadınız?

Aparıcı Qərb ölkələri Qlobal Cənubun suallarına cavab verməlidirlər: COP29-un verdiyi imkanlardan niyə yararlanmadınız?




son günü gələrək yəqin ki, hamını təəcübləndirən mesajlar verdi. "Yaşıllar" partiyasının təmsilçisi kimi ilqim icması ondan iqlim ambisiyalaırnı dəstəkləyəcək, öhdəlikləri vurğulayacaq bəyanatlar gözləyirdi. Xanım Berbökün maliyyə məqsədinə nail olmaq üçün qətiyyətli mövqe sərgiləcəyi gözlənilirdi. Almaniya XİN rəhbərinin səfəri isə Minsk qrupu həmsədrlərinin unudulmaz turneləri xatırlatdı.

Qlobal Cənub ölkələrinin sualları isə cavabsız qalıb. Onlar soruşmaqdan, tələb etməkdən yorulmayacaqlar, bu onlar üçün yaşam məsələsidir, gələcək məsələsidir. Onlar durmadan soruşacaqlar, niyə qlobal Şimal ölkələri məsuliyyətdən və öhdəliklərdən yayınırlar? Hansı haqla öhdəlikləri yerinə yetirmirlər? Günahkar kimlərdir?

Bu suallar aramsız sələnir və vziyyət gərginləşir, gerçək cavablar verilmədikdə qarşıdurma güclənir, Qlobal Cənubda narazılıq artır. COP29 ilqim həmrəylini möhkəmləndirmək, kollektiv uğura imza atmaq üçün unikal imkanlar ortaya qoydu. Prezident İlham Əliyev COP29 liderlər sammitində bu məsələləri xüsusilə vurğuladı, Azərbaycan üçün əsas məqsəd kollektiv uğura nail olmaqdır. Azərbaycan ev sahibliyi missiyasını qlobal töhfə kimi nəzərdən keçirir.

Xanım Lyayen isə səhnəyə çıxmadı və Qərb ölkələrində yanlış olaraq hesab edirlər ki, bununla məsuliyyətdən yaxa qurtarmaq mümkün olacaq. Bayden administrasiyası isə səhnədən məğlub gedir, halbuki, qlobal iqlim siyasəti və həmrəyliyinə, hərakatına misilsiz töhfə vermək imkanı yaranmışdı. İndi isə səhnəyə çıxmayan xanım Lyayen və səhnədən gedən cənab Bayden Qlobal Cənubun suallarına cavab verməlidirlər. COP29-un verdiyi imkanlardan niyə yararlanmadınız, ilqim vədlərinizə niyə sadiq qalmadınız? Ev sahibi kimi öz missiyasını uğurla yerinə yetirən, öz resurslarını əsirgəməyən Azərbaycana qarşı niyə qarayaxma kamapaniyası aparılır?

Çıxış yolu varmı?

Çıxış yolu, həmişə var. COP29-da aparılmış müzakirələr, nəzərdən keçirilən həllər məsuliyyətli və tarixi qərarların qəbulu üçün güclü təməl yaradıb. Avropa İttifaqı İqlim sammiti keçirərək bu qərarları verə bilər. Əsas məsələ öhdəliklərin icrası ilə əlaqədar qərarların qəbuludur, məkan, ünvan vacib deyil, başlıca məqsəd ilqim həmrəyliyinə nail olmaq, strateji çağırışlara vaxtında cavab verməkdir.


Zaur İbrahimli
 "Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq


























































































































































































23-11-2024, 23:03
Вернуться назад