DataLife Engine / Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir

Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir

Ukrayna 2025-ci ilin yanvarında ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan sülh planı almağı gözləyir.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin təşviq etdiyi "Grain from Ukraine" (Ukraynadan taxıl) proqramına həsr olunmuş görüşdə bildirib.

"Mən ABŞ-nin yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, təklifləri artıq yanvarda görəcəyik və bu, müharibəni bitirmək planımız olacaq", - Ukrayna lideri deyib.

Zelenski, həmçinin vurğulayıb ki, Trampla görüşü onun andiçmə mərasimindən sonra baş verəcək.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Tramp dəfələrlə Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bəyan edib.
24-11-2024, 08:33
Вернуться назад