Masallı rayonu ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları mütəmadi olaraq davam etdirilir.
Belə ki, rayonun Qarğalıq ərazisində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada mərkəzi yolun kənarlarında 100 ədəddən çox meşə ağacı əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Ağacəkmə aksiyasında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nahid Həsənov digər ərazilər kimi Qarğalıq ərazisində də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aksiyanın keçirilməsinin ekoloji tarazlığın qorunmasına mühim təsir edəcəyini bildirərək bu cür kompaniyaların rayon ərazisində ənənə halını aldığını vurğulamışdır.
Aksiya iştirakçıları təkcə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində deyil daim yaşıllıqların salınması və ağaclara qulluq göstərilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək bu ənənənin bundan sonrada davam etdirəcəklərini qeyd etmişlər.