Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Fakt.info-nun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşmasl nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Masallı rayonunun Çayqırağı kənd sakini 1983-cü il təvəllüdlü Bəhruz İmanqulu oğlu Cəfərov, həmkəndlisi 1955-ci il təvəllüdlü Vəsilə Abdulrza qızı Hüseynova və Lənkəran rayonunun Qumbaşı kənd sakini 1992-ci il təvəllüdlü Hikmət Xanhüseyn oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.