DataLife Engine / Masallıda icma sədri mollaya şapalaq vurdu - ŞOK VİDEO

Masallıda icma sədri mollaya şapalaq vurdu - ŞOK VİDEO

Masallı rayonunda ölkənin ən məşhur pirlərindən olan "Mursəli ocağı"nın - daha dəqiq desək Masallı rayonu Sığdaş kənd məscidi dini icmasını sədri Hümmət Cəfərov həmin pir yerləşən ərazinin qəbiristanlığında mollalıq fəaliyyəti ilə məşğul olan həmkəndlisi və yaxın qohumu olan Hörmət Quliyevə mübahisə zəminində şapalaq vurub.

Fakt.info AsiyaTV-yə istinadən xəbər verir ki, bu barədə video feyzbuk sosial şəbəkəsində paylaşılıb. Sonradan feyzbukdan silinən həmin video görüntüdə icma sədri talış dilində "niyə mənə tüpürdü?" - deyərək öz bacısı nəvəsinə hücum çəkir. Molla isə belə bir iş etmədiyini söyləyərək, şərlənməmək üçün hadisəni videoqeydə alır. Buna baxmayaraq icma sədri Hümmət Cəfərov mollalıq fəaliyyəti göstərən Hörmət Quliyevə şapalaq ilişdirir. 

Əldə edilən məlumata görə "Mursəli" pirində belə hadisələr tez-tez baş verir. Səbəb isə pirdə il ərzində çox ciddi məbləğdə on min manatlarla nəzir yığılır ki, mübahisələrin qaynağı da yığılan nəzir pullarının təyinatı üzrə xərclənmədiyidir. 

Qeyd edək ki, bu hadisə Hümmət Cəfərovun ilk belə münaqişəli hadisəsi deyil. O dəfələrlə bu və digər məsələlərə görə məhkəmə çəkişmələrində iştirak edib.
Mövzuya qayıdacağıq.
26-11-2024, 00:14
Вернуться назад