Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının dəstəyi ilə Masallı şəhərində əmək yarmarkası baş tutacaq.
Fakt.info xəbər verir ki, tədbir noyabrın 28-i saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Baş tutacaq yarmarkada 20 müəssisə 130-dan artıq vakansiya ilə iştirak edəcək.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.