DataLife Engine / 56 yaşlı qadın sirkədən zəhərlənərək öldü

56 yaşlı qadın sirkədən zəhərlənərək öldü

Oğuzda 56 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayonun Bucaq kəndində baş verib.

Belə ki, kənd sakini 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva ağır zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun sirkə turşusundan zəhərləndiyi məlum olub. Xəstə axşam saatlarında xəstəxananın reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
27-11-2024, 08:39
Вернуться назад