Bununla bağlı "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nında öz əksini tapıb.
Təqvim planına əsasən, dairə seçki komissiyaları tərəfindən səsvermənin yekunlarına dair protokolların MSK-ya təqdim edilməsi səsvermə günündən sonra ən geci 2 gün müddətində başa çatdırılmalıdır.
Seçkilərin yekunlarının yoxlanılması və təsdiqi səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində - fevralın 18-dək başa çatdırılacaq.
Plana görə, seçkilərin yekunlarının elan edilməsi isə seçki günündən başlayaraq ən geci 25 gün müddətində - yəni fevralın 26-dək başa çatdırılacaq.