DataLife Engine / Azərbaycan XİN: Polşa Prezidentinin "binokl şousu”nda iştirak etməsindən təəssüflənirik

Azərbaycan XİN: Polşa Prezidentinin "binokl şousu”nda iştirak etməsindən təəssüflənirik

Azərbaycan Xarici işlər Nazirliyi Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.

Bu barədə XİN-in "X” platformasındakı paylaşımında bildirilib.

"Azərbaycanın rəsmi olaraq "strateji tərəfdaşı" olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.”, - məlumatda vurğulanıb.
27-11-2024, 18:04
Вернуться назад