DataLife Engine / Tramp onu Ukraynada xüsusi elçi vəzifəsinə təyin etdi

Tramp onu Ukraynada xüsusi elçi vəzifəsinə təyin etdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp istefada olan general-leytenant Keyt Kelloqu müharibənin dayandırılması üzrə danışıqlara rəhbərlik etmək üçün Ukraynada xüsusi elçi vəzifəsinə təyin edib.

Fakt.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, Trampın ilk prezidentliyi dövründə o, Milli Təhlükəsizlik Şurasının aparatına rəhbərlik edib və vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub.

80 yaşlı Kelloq Vyetnam müharibəsində və 82-ci Hava Desant Diviziyasının Qərargah rəisi kimi Səhra Fırtınası əməliyyatında xidmət edib.
28-11-2024, 09:36
Вернуться назад