Noyabrın 24-dən itkin düşən Cəlilabad rayon sakini Leyla Hikmət qızı Heydərova tapılıb.
Oxu.Az xəbər verir ki, 33 yaşlı qadının yeri Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində müəyyən edilib.
Xatırladaq ki, Heydərova Leyla bir neçə gün idi ki, axtarışda idi.