DataLife Engine / Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti məlum olub

Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti məlum olub

Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti məlum olub.
APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddəsinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il dekabrın 10-da başlayıb, dekabrın 30-u saat 18.00-dək davam edəcək.
2-12-2024, 07:25
Вернуться назад