DataLife Engine / Oliqarx Hacı Salayevlə bağlı xəbərlər yayıldı – Eks-deputat haradadır?

Oliqarx Hacı Salayevlə bağlı xəbərlər yayıldı – Eks-deputat haradadır?

Azərbaycan Milli Məclisinin iki çağırış deputatı olmuş Hacı Salayev uzun zamandır ortalıqda görünmür. 

Fakt.info Tribunainfo.az-a istinadən xəbər verir ki, hələ mandat sahibi olduğu dönəmlərdə belə bizneslə məşğul olan keçmiş deputat harada olduğu barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Salayev geniş biznes şəbəkəsinə sahib olan şəxslərdən biri hesab olunur. Onun Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxın olduğu, böyük bizneslə məşğul olması açıq mənbələrdə aydın şəkildə qeyd edilib. Bunu təsdiq edən cəhhətlərdən biri kimi isə Salayevin qardaşı general Baba Salayevin FHN Akademiyasının rəhbər olması, habelə oğlu Turqut Salayevin isə FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi kimi çalışması göstərilir.
Bu məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, Salayev bir müddətdir biznesində eniş yaşayır. Onun işlərinin yaxşı getmədiyi, bir neçə firmasını bağladığı da verilən məlumatlar sırasındadır. Hətta bu baş verənlərdən ciddi narahat olan sabiq deputatın vəziyyəti düzəltmək üçün yaxın çevrəsi və tanışlarından dəstək istədiyi də qeyd edilir.
Bundan başqa, onun hələ ötən ildən qalma 500 min manatlıq vergi borcu da əlavə problem yaradıb. Məlumatda deyilir ki, Hacı Salayev həmin borcun bir qismini ödyə bilsə də, önəmli hissəsinin ödənişində ciddi sıxıntı çəkir. Hətta şirkətlərinə sanksiya qoyulmasın deyə Dövlət Vergi Xidmətinə minnətçi belə düşdüyü deyilir.
Bildirək ki, keçmiş deputatın əsas şirkətlərinin sayı çoxdur. Onların bir qisminin adını isə dəqiqləşdirə bilmişik. Bəzi məlumatlara görə, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”i təşkil edir.
Hacı Salayevin bir digər şirkəti isə “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.
Sözügedən sabiq deputatın digər şirkəti isə “GoldenPey” ASC-dir. Bu şirkətin idarəçisi isə Hacı Salayevin oğlu Kənan Salayevdir.
Xatırladaq ki, Hacı Salayevin adı bir ara məhkəmə qalmaqalına da qarışmışdı. Belə ki, o, “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfov məhkəməyə verərək, həbs etdirmişdi. Səbəb isə Tural Nəcəfovun onu aldatması göstərilirdi. Məsələ ondan ibarət idi ki, həbs olunan şirkət rəhbəri Hacı Salayevlə müqavilə imzalayıb. Həmin müqaviləyə əsas Tural Nəcəfov Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manat pul alıb. Lakin vədinə əməl etməyib, eks-deputatın pulunu ələ keçirib.
Qarşı tərəfi də dinləməyə hazırıq.
2-12-2024, 13:06
Вернуться назад