Rusiyada qeyri-qanuni alkoqol istehsalı kosmosdan izləniləcək.
Rusiya Federasiyası Maliyyə Nazirliyinin əmrinə əsasən müvafiq texnoloji avadanlıqların yerləşdiyi ərazilərdə bina və tikililərdən istilik enerjisi emissiyalarına nəzarət aparılacaq.
Sənəddə bildirilir ki, istehsal imkanlarından sui-istifadə edən müəssisələrin axtarışı zamanı orqanlar kosmosdan Yer zondundan istifadə etməklə binalardan istilik emissiyalarının səviyyəsinə, müəssisələrin yaxınlığında tüstü, buxar və nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edəcək.
///Apa