DataLife Engine / Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib

Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib

Səhiyyə Nazirliyinin Kollegiyası "Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı”nda dəyişiklik edib.

Fakt.infonun məlumatına görə, bununla bağlı nazir Teymur Musayev yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
7-12-2024, 20:26
Вернуться назад