Qəzzadakı əməliyyatlar zamanı 194 jurnalist həlak olub
Qəzza zolağında 2023-cü ilin oktyabrından bu yana davam edən döyüşlər nəticəsində 194 jurnalist həlak olub. APA xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı anklavdakı hökumətə istinadən məlumat yayıb.