DataLife Engine / Məşhur aktyor Londonda yeni biznes qurub

Məşhur aktyor Londonda yeni biznes qurub

Türkiyənin məşhur aktyoru Emre Kınay Londonda daşınmaz əmlak üzrə xidmət göstərən şirkət qurub.
Fakt.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kınay 2 il əvvəl Türkiyədə sahib olduğu "Duru" Teatrının Londonda da filialını açıb və orada aktyorluq təhsili verməyə başlayıb.
 
O, bundan əlavə Londonda daşınmaz əmlak sektoruna sərmayə qoyaraq yeni biznes qurub və Londonda yaşamaq istəyən türklərə ev alqı-satqısında kömək edir.
27-01-2025, 11:09
Вернуться назад