DataLife Engine / HƏMAS fevralın 8-də üç israilli girovu azad edəcək

HƏMAS fevralın 8-də üç israilli girovu azad edəcək

Fevralın 8-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu azad edəcək, onlardan biri Ohad Ben-Ami Almaniya vətəndaşıdır.
Müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə yayıb.
"İsrail ilə mübadilə sazişinin bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şərabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, - o "Telegram” kanalında yazıb.
 
///Apa
8-02-2025, 08:38
Вернуться назад