Fakt.info xəbər verir ki, görüşü açan idarənin rəis müavini Mətin Zalıyev şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini bildirdi.
Sonra baş mühəndis Babək Məmmədov çıxış edərək 2024-cü ildə Xırmandalı kənd ərazi vahidliyində görülən işlər barədə danışdı. Xırmandalı kənd sakinləri Arif Abbasov və Möhübbət Qasımov kənd ərazisindən keçən kanalların təmir olunmasını xahiş etdilər. Ərəb kənd sakini, şəhid atası Qurbanov Hafiz çıxış edərək idarəmizin işçilərinə öz razılığını bildirdi. Xırmandalı kənd ərazi nümayəndəsi Afiyəddin Kərimov öz çıxışında belə görüşlərin keçirilməsinə görə idarəmizin rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Sonda Mətin Zalıyev çıxış edərək sahibkarlara sudan səmərəli və qənatli istifadə etmələrini tövsiyə etdi.














