Məktəb direktoru Teymur Dadaşov tədbir iştirakçılarına Hikmət Məmmədovun bayram təbrikini çardıraraq, onun məktəbə hədiyyə etdiyi müasir tipli mikrafon və səyyar səs gücləndiricini nümayiş etdirib.
Çıxış edən müəllimlər Novruz bayramı münasibətilə təbriklər söyləyib, tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.
Təhsildə fərqlənən şagirdlərinə diplom və təşəkkürnamələr verilib.
Milli geyimdə olan məktəbli qızlar Bahar bayramının personajları sayılan keçəl və kosa ilə rəqslər edərək yüksək bayram əlval-ruhiyyəsi yaradıblar.
Daha sonra Hikmət Məmmədov tərəfindən hər birinin dəyəri 90 manat olan 55 ədəd sovqat bağlaması qəsəbədə yaşayan aztəminatlı ailələrə çatdırılıb.
Bayramınız mübarək olsun!
















