Güclü külək Beyləqanda yas mağarını uçuraraq evin dam örtüyünə çırpıb. Fakt.info APA"ya istinadən xəbər verir ki, hadisə rayonun İmamverdilər kəndində təşkil edilmiş -Hacıyev Eldarın yas mərasimində qeydə alınıb.
Nəticədə xəsarət alan olmasa da evə və mağarın çadır və dəmir hissələrinə ziyan dəyib.