Abşeronda dəhşətli cinayət törədilib. 
Fakt.info lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb. 
Orada yaşayan, Salyan rayon sakini, 2008-ci il təvəllüdlü Səid Eldəniz oğlu Əliyev münaqişə zəminində anası, 1986-cı il təvəllüdlü Rəfiqəni bıçaqlayaraq qətlə yetirib.  
Hadisəni törədən S.Əliyev polis tərəfindən tutulub. 
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.