Son günlər bəzi media resurslarında adı hallanan “Top Qapı” restoranı artıq rəsmi şəkildə fəaliyyətini bərpa etmişdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aparmış olduğu planlı yoxlamalar zamanı qeydə alınan texniki və inzibati uyğunsuzluqlar qısa müddətdə aradan qaldırılmış, restoran tam şəkildə müasir və təhlükəsiz qida standartlarına uyğunlaşdırılmışdır.

Qısa fasilə dönəmində komandamız bütün iradları ciddi şəkildə nəzərə alaraq, təkmilləşdirmə işləri aparmış, mətbəximiz və xidmət sahələrimiz yenilənmişdir. Bu gün etibarilə ‘Top Qapı’ restoranı həm sanitariya, həm də xidmət keyfiyyəti baxımından bütün tələblərə tam cavab verir.
Pərviz bəyin sözlərinə görə, restoran artıq əvvəlkindən daha peşəkar bir komanda ilə fəaliyyətini davam etdirəcək və hər bir qonağın məmnuniyyəti ön planda tutulacaq:
“Bizim üçün qonaqlarımızın razılığı və güvəni hər şeydən önəmlidir. ‘Top Qapı’ sadəcə yemək yeri deyil – ailəvi istirahət, dostlarla yığıncaq və keyfiyyətli vaxt üçün ideal bir məkandır. Bizi sevən və dəstək verən hər kəsə təşəkkür edirəm.”

Pərviz bəy sonda əlavə edib ki, restoranın əsas hədəfi qonaqpərvərlik və yüksək xidməti bir araya gətirərək hər kəs üçün unudulmaz bir təcrübə yaratmaqdır.
Artıq “Top Qapı” yenidən sizinlədir – sizi gözləyirik!
