DataLife Engine / Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb

Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda qəza olub.
 
Fakt.info "APA"ya istinadən xəbər verir ki, hadisə Xızı rayonu ərazisində baş verib.

99-YE-159 qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb, daha sonra radarı aşırıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qısa müddətdə Bakı-Quba yolu bağlanıb, sonradan nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.
10-04-2025, 21:07
Вернуться назад