"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Oxu.Az-a açıqlamasında bildirib ki, həbs olunanlar arasında qızın ögey atası da var.

"Bu, çox acınacaqlı və ürəkağrıdıcı məsələdir. Cinsi zorakılığa məruz qalan tək qızın özü deyil. Onun 11 yaşlı qardaşına qarşı da zorakılıq edilib. Uşaqlar hazırda Yardımlı Rayon İcra Hakimiyyətinin nəzarətindədilər, onlara qəyyum təyin olunub, amma bu günə-sabaha uşaqları sığınacağa yerləşdirəcəyik, ondan sonra isə reabilitasiya işlərinə başlanacaq.
Qeyd edim ki, əslində bu məsələ təsəvvür edildiyindən daha ciddi məsələdir və heç də dörd nəfərin həbsi ilə yekunlaşacaq məsələ deyil. Bu işin içində adı hallanan digər şəxslər də var ki, onların da həbsi qaçılmaz olacaq. Hazırda istintaq getdiyi üçün bəzi məsələləri səsləndirmək mümkün deyil, amma inanıram ki, istintaq bu işə lazımi aydınlığı gətirəcək və bu vəhşiliyi törədənlər cəzalarına çatacaqlar", - deyə birlik sədri bildirib.