DataLife Engine / Balakəndə maşın piyadanı vuraraq öldürüb

Balakəndə maşın piyadanı vuraraq öldürüb

Balakən rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fakt.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 13:00-da baş verib.

1986-cı il təvəllüdlü Balakən rayonu, Mahamal kənd sakini Şaban Çingizxan oğlu Ramazanov idara etdiyi KIA markalı nəqliyyat vasitəsilə 1975-ci il təvəllüdlü, Katex kənd sakini Nazxanım Şaban qızı Qalayçiyevanı vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
14-04-2025, 22:23
Вернуться назад