Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
Qeyd edək ki, sosial şəbəkələrdə hava şəraiti ilə əlaqədar dərslərin olmayacağı ilə bağlı xəbərlər yayılmışdı. MÜTDA isə bunu inkar edərək, əhalini belə dezinformasiyalara inanmamağa çağırıb.
Xatırladaq ki, bu gecədən başlayaraq ölkədə leysan xarakterli yağışlar yağacaq.