DataLife Engine / Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağışı yağır - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağışı yağır - FAKTİKİ HAVA

APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.
Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağışı yağır.

Küləyin maksimal sürəti 33 m/s-yə çatır. Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.
16-04-2025, 07:22
Вернуться назад