DataLife Engine / Hidrometeorologiya Xidməti: Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb

Hidrometeorologiya Xidməti: Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb

Yağışın davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb: "Son 15 saat ərzində bölgələrdən asılı olaraq, yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir. Bu isə aylıq normadan 2 dəfə (217 faiz) çoxdur. Hazırki yağıntı illik norma ilə müqayisədə isə 22% təşkil edir”.
16-04-2025, 17:48
Вернуться назад