DataLife Engine / Taksi fəaliyyəti ilə kimlər məşğul ola bilərlər?

Taksi fəaliyyəti ilə kimlər məşğul ola bilərlər?

Saxta yollarla taksi fəaliyyəti ilə məşğul olanlanların sayı olduqca çoxdur. Son zamanlar baş vermiş qəzalar da buna sübutdur.

Bəs belə sürücülər taksi şirkətinə saxta yollarla necə qoşulurlar?

Fakt.info AZTV-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun sözlərinə görə, sifariş edilən, ünvana gələn taksilərin və onları idarə edən sürücülərin fərqli olması ilə bağlı AYNA tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilir və onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək primitiv tədbirlərin görülməsi tapşırılıb.

Bəzi taksi sifarişi operatorları təhlükəsizliyi artırmaq, sürücü saxtakarlığının qarşısını almaq üçün mütəmadi monitorinqlər aparır. Belə ki, sürücülərin kimliyi müxtəlif üsullarla yoxlanılır. Hər hansı problemi aşkarlanan zaman intizamsız sürücülərin fəaliyyəti dərhal dayandırılır.
16-04-2025, 23:53
Вернуться назад