Tokio xarici gəmilərin Cənubi Kuril adaları yaxınlığından keçid hüququnun dayandırılmasından sonra Moskvaya etiraz edib.
Bu barədə Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasi mətbuat konfransında bildirib.
"Aprelin 16-da diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə etiraz ünvanlanıb ", - o bildirib.
Hayasi iddia edir ki, Yaponiya su yollarına cavabdeh olan Rusiya qurumundan müvafiq bildiriş alıb. Bildirişdə xarici gəmilərin və hərbi gəmilərin Kuril adaları ərazisindən keçid hüququnun müvəqqəti dayandırıldığı qeyd olunub.