Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Tehrana səfərə gedib.
Məlumata görə, səfər çərçivəsində şahzadə Xalid İranın yüksək rütbəli hərbi və siyasi nümayəndələri ilə görüşlər keçirəcək.
Xüsusilə, İran Silahlı Qüvvələrinin Qərargah rəisi general-mayor Mohammad Baqeri ilə görüş planlaşdırılır. Həmçinin digər yüksək səviyyəli danışıqlar da gözlənilir.