DataLife Engine / Tramp: Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək

Tramp: Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, bu həftə Rusiyadan Ukraynada atəşkəs təklifi ilə bağlı cavabı gözləyəcək.

Bu barədə Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

"Onlardan cavabı bu həftə eşidəcəyik. Əslində, çox tezliklə. Biz istəyirik ki, bu müharibə dayansın. Biz istəyirik ki, ölümlər və qətllər sona çatsın”, – deyə Tramp bildirib.

ABŞ lideri həmçinin onu da vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında gedən müharibədə hər həftə təxminən 2500 nəfər həlak olur.
 
///APA
17-04-2025, 23:11
Вернуться назад