ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lyutniklə danışdıqdan sonra iqtisadi tariflərin tətbiqini dayandırıb.
Bu barədə "Wall Street Journal” məlumat yayıb.
Məqalə müəllifləri vurğulayırlar ki, Bessent və Lyutnik Trampın ticarət müşaviri Piter Navarronun müvəqqəti olmamasından istifadə edərək ABŞ liderini razı sala bilib. O, digər ölkələrə qarşı tariflərin tətbiqi ideyasını dəstəkləyirdi: Navarro Ağ Evin başqa qanadında idi ki, bu da nazirlərə Trampla strategiyasını dəyişmək barədə danışmağa imkan verirdi.
Xatırladaq ki, Tramp aprelin 2-də digər ölkələrdən idxala rüsumların tətbiqi ilə bağlı sərəncam imzalayıb. Onların baza dərəcəsi on faizdir. 57 ölkə üçün isə aprelin 9-da ABŞ-nin müəyyən bir ölkə ilə ticarət kəsiri əsasında hesablanan artırılmış dərəcələr tətbiq olundu. Bununla belə, aprelin 9-da Tramp 75-dən çox ölkənin cavab tədbiri görmədiyini və danışıqların aparılmasını tələb etdiyini, buna görə də Çin istisna olmaqla, hamı üçün 90 gün ərzində 10 %-lik əsas idxal rüsumlarının qüvvədə olacağını açıqladı.
///report