DataLife Engine / Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

Bu il müavinət və təqaüdlərdə növbəti artımlar nəzərdə tutulur.

Fakt.infi-nun məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında məlumat verilib.

Yeni sosial islahat paketi çərçivəsində minimum əməkhaqqının 16 faiz artırılaraq 400 manata, minimum pensiyanın isə 14,3 faiz artımla 320 manata çatdırılması ilə yanaşı, müavinət və təqaüdlərində də artım həyata keçiriləcək.

Sosial ödənişlərin artırılması ilə paralel olaraq məşğulluq proqramları genişləndirilir, sosial xidmətlərdə innovativ yanaşmalar tətbiq olunur.

Qeyd edilib ki, bu ilin birinci rübündə 475 min şəxsə ümumilikdə 275 milyon manat məbləğində müavinət, 402 min şəxsə isə 173 milyon manat dəyərində Prezident təqaüdü ödənilib.
20-04-2025, 14:33
Вернуться назад