DataLife Engine / Ərkivan Xeyriyyə Cəmiyyətinin 5 yaşı qeyd edildi - VİDEO/FOTOLAR

Ərkivan Xeyriyyə Cəmiyyətinin 5 yaşı qeyd edildi - VİDEO/FOTOLAR

Ərkivan Xeyriyyə Cəmiyyətinin yaranmasından 5 il ötür.

Bu münasibətlə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən "Grand" restoranında tədbir keçirilib. 

Tədbir öncəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Ərkivan Xeyriyyə Cəmiyyətin sədri Cəfər Cəfərov tədbir iştirakçılarına ictimai birliyin 5 illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verib.

Sonra Xeyriyyə Cəmiyyətinin 5 illik fəaliyyətindən bəhs edən video çarx nümayiş edilib.

Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti xeyriyyəçi iş adamı Məşkur Qasımov çıxış edərək son illər qəsəbədə görülən genişmiqyaslı xeyriyyə işlərindən və qarşıda duran planlardan danışıb. O, hər bir ərkivanlını qəsəbənin sosial rifahı naminə Xeyriyyə Cəmiyyətində fəal olmağa çağırıb. 

Çıxış edən ilahiyatçı Mirtaha Həşimov, elm xadimi Adil Yəhyayev, iş adamı Abdulla Abdullayev, jurnalist-publisist Akif Ağayev və başqaları Xeyriyyə Cəmiyyətinin 5 illik yubiley yaşını təbrik edərək, görülən xeyirxah işlərin daha geniş vüsət almasına arzuladılar. 

Sonra təhsil və idman sahələrində göstərdikləri yüksək nəaliyyətlərə görə qəsəbə məktəblilərinə TƏŞƏKKÜRNAMƏ və hədiyyələr verilib.

Qəsəbənin mədəniyyət, idman, elm, təhsil sahələrinin inkişafına göstərdiyi dəstəyə görə bir qrup şəxsə Cəmiyyət tərəfindən DİPLOMLAR təqdim olunub. 
Beynəlxalq dərəcəli idman ustası Cəbrayıl Cəbrayılov 75, Xeyriyyəçi Mirmahmud Bağırov 60 illik yubiley yaşları münasibətilə təbrik edildi. 

Sonra şair-publisist Süleyman Əlisanın “Qürbət cənnət olsa da...” adlı kitabının təqdimatı oldu.
Qeyd edək ki, kitabda Sankt-Peterburqda yaşayan həmyerlilərimiz, tanınmış ictimai xadim, xeyriyyəçi-iş adamları Məşkur və Qasıməli Qasımov qardaşlarının keçdiyi həyat yolundan bəhs edir.
Kitabda Qasımovlar ailəsinin milli-mənəvi dəyərlərə söykənən yaşam tərzi ilə yanaşı qəsəbənin tarixi, keçmişinə də işıq salınır.

Sonda mədəniyyət işçisi, müğənni Miriş Hüseynov sözləri tanınmış şair, iqtisad elmləri doktoru Rəsmiyyə Sabirə məxsus olan "Ərkivanım" şeirinə bəstələdiyi mahnını ifa edib.






































21-04-2025, 07:48
Вернуться назад