DataLife Engine / Bu qızlar 6 gündür ki, tapılmır

Bu qızlar 6 gündür ki, tapılmır

16 aprel axşam saat 20:00 radələrində Bakının Maştağa qəsəbəsində 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.

Fakt.info "Unikal"a istinadən xəbər verir ki, Aygün və Reyhandan 6 gündür xəbər yoxdur. Heç bir kameraya düşməyən qızların evdən çıxanda hansı istiqamətə getdiklərini müşahidə etmək mümkün olmayıb. Onların mobil telefonu yoxdur. 

Qeyd edək ki, Aygün və Reyhan dayı qızı–bibi qızıdırlar.
22-04-2025, 23:50
Вернуться назад