DataLife Engine / Eyni zamanda texnologiya, idman və incəsənət sahələrində uğur qazanan Masallı gənci

Eyni zamanda texnologiya, idman və incəsənət sahələrində uğur qazanan Masallı gənci

Rahim Kamal oğlu Tarverdiyev – 27 noyabr 1987-ci ildə Masallı rayonu Sığdaş kəndində anadan olmuluşdur. O, 1994-cü ildə doğma kəndində birinci sinfə başlamış və orta təhsilini uğurla başa vurduqdan sonra ali təhsil hayatına qədəm qoymuşdur. Rahim Azərbaycan Texniki Universitetində Radio Texnika və Rabitə fakültəsinin Telekommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi ixtisası üzrə ali təhsil almışdır.
Rahim Tarverdiyev gənc yaşlarından elmə, texnologiyaya, idmana və incəsənətə böyük maraq göstərmişdir. O, bu sahələrdəki fəaliyyəti ilə Masallı bölgəsində çoxşaxəli və nümunəvi hayat yolu ilə tanınır. Ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlamış, 2010–2013-cü illərdə Masallı Telekommunikasiya Qovşağında 8-ci dərəcəli mühəndis vəzifəsində çalışmışdır. Burada göstərdiyi peşəkarlıq və dəqiqlik onu daha da məsuliyyətli vəzifələrə hazırlamışdır.

2013-cü ildə Rahim Tarverdiyev Bakı şəhərinə köçərək peşəkar fəaliyyətini daha geniş miqyasda davam etdirmişdir. Elə həmin ildən etibarən "Chevrolet Performance Center" şirkətində IT mütəxəssisi kimi fəaliyyətə başlamış və 2024-cü ilə qədər burada çalışmışdır. Bu dövr ərzində o, texniki bilik və bacarıqları ilə yanaşı, operativ düşüncə, məsuliyyətli yanaşma və innovativ fikirləri ilə fərqlənmişdir. O, şirkətin informasiya texnologiyaları infrastrukturunun qurulması, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi və proqram təminatının yenilənməsi istiqamətində əhəmiyyətli işlər görmüşdür.

2023-cü ildə qısa müddətdə (3 ay) SLİNE provayder şirkətində icraçı direktor və layihə rəhbəri kimi fəaliyyət göstərmiş, idarəetmə bacarıqlarını da nümayiş etdirmişdir. Hal-hazırda Masallı Regional ASAN Xidmət Mərkəzində Baş Məsləhətçi vəzifəsində çalışır və 16 ildən artıq IT sahəsində peşəkar təcrübəyə malikdir.

Rahim Tarverdiyev eyni zamanda incəsənət sahəsinə olan marağı ilə də tanınır. 2000–2005-ci illərdə Masallı İncəsənət məktəbində qarmon üzrə təhsil almış və musiqiyə olan sevgisini peşəkarcasına inkəşaf etdirmişdir. 2001-ci ildə şahmat üzrə 1-ci dərəcəli şahmatçı adını qazanmış, rəqibləri qarşısında intellektual bacarıqlarını göstərmişdir. 2002-ci ildə Gəncə şəhərində keçirilən zona yarışında uğur qazanaraq fəxri fərmanla təltif olunmuşdur.

O, fiziki fəaliyyətə və idmana da maraq göstərmişdir. Akrobatika sahəsində özünü sinamış, bədən intizamını inkişaf etdirmişdir. 2022-ci ildə iki dəfə Bakıdan Masallıya (220 km) velosipedlə 8 saat 35 dəqiqəyə qət edərək fiziki və psixoloji dözümətini ortaya qoymuşdur.

Onun qardaşı Şaiq Tarverdiyev Aikido üzrə 4-ü DAN qara kəmər ustasıdır və hal-hazırda Xırdalan şəhərində Aikido dərsləri keçir. Ailədə idman və əxlaqi dəyərlər nəsildən-nəsillə keçən mühümsəl istiqamətdir.

Rahimin həyat yoldaşı ibtidai sinif müəlliməsidir və o da təhsil sahəsində uşaq tərbiyəsi, elmə maraq oyatma kimi vacib bir missiyanı yerinə yetirir. Onların bir qız və bir oğlu var, bu da ailənəin kamilliyinin, dəyər sisteminin davamı kimi qiymətləndirilir.

Atası – mərhum Kamal Allahverən oğlu Tarverdiyev Masallı rayonunda tanınmış pedaqoq, riyaziyyat müəllimi, məktəb direktoru və təhsil sahəsində baş məsləhətçi kimi çalışmışdır. O, eyni zamanda şahmatçı və sərbəst güləş məşqçisi kimi də tanınmışdır. Onun maarifçilik fəaliyyəti və ictimai təşəbbüsləri bu gün Masallı ictimaiyyətində ehtiramla yad olunur.

Rahim Tarverdiyev – təhsil, texnologiya, idman və incəsənət sahələrindəki nailiyyətləri ilə tək Masallının deyil, butün Cənublu gənclərin qürur duyacağı nümunəvi bir şəxsiyyətdir.

Hazırladı: Bəhram Yaqubov
23-04-2025, 11:07
Вернуться назад