DataLife Engine / Əlcəzair nümayəndəsi: Cənub QHT-ləri yeni platforma vasitəsilə qeyri-bərabərliklə mübarizə apara biləcəklər

Əlcəzair nümayəndəsi: Cənub QHT-ləri yeni platforma vasitəsilə qeyri-bərabərliklə mübarizə apara biləcəklər

Qlobal Cənub ölkələrindən olan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri ümumi maraq doğuran məsələlərin müzakirə ediləcəyi birgə platforma yaratmaq üçün bu gün Bakıda toplaşıblar.
Bu barədə “Report”a Əlcəzair Gənclər Assosiasiyasının nümayəndəsi Matuk Smaon bildirib.
"Bu platformada iştirak edən hər kəs bərabərsizliklə mübarizə, iqlim dəyişikliyi səbəbindən planetimizi təhdid edən çağırışlara qarşı durma, həmçinin vətəndaş cəmiyyəti təşkilatları və assosiasiyalarının Cənubun ən kasıb ölkələrinin inkişafına töhfə verilməsində iştirakını təşviq etmək kimi məsələlərlə bağlı fikir mübadiləsi apara biləcəklər", - M.Smaon qeyd edib.
O hesab edir ki, bu, belə görüşlər və müzakirələr vasitəsilə davamlı inkişaf məqsədlərinə nail olmağa töhfə vermək üçün yaxşı imkan və əlverişli mühitdir.
"Azərbaycan xalqların hüquqları uğrunda mübarizə aparan dövlət kimi tanınır. Biz əlcəzairlilər olaraq eyni dəyərləri, daxili işlərimizə müdaxilə etməmək prinsiplərini bölüşür və bərabərsizliklə mübarizə aparırıq. Buna görə də Qlobal Cənubun vətəndaş cəmiyyəti təşkilatları olaraq planetimizi təhdid edən çağırışlara qarşı səmərəli və təsirli mübarizəyə töhfə verməliyik", - o bildirib.
Dünən, 07:34
Вернуться назад