DataLife Engine / “X”dən daha bir yenilik

“X”dən daha bir yenilik

"X” platforması 4K video yükləmək imkanı təklif etməyə başlayıb.

Bu barədə "TechCrunch” məlumat yayıb.

Bildirilir ki, bu, istifadəçilərin cəlb edilməsini artırmaq və onların "YouTube” və ya "Vimeo” kimi digər platformalara keçməsinə mane olmaq məqsədi daşıyır. Bu funksiya tezliklə platformanın bütün ödənişli abunəçiləri üçün əlçatan olacaq.

Qeyd edək ki, indiyədək ödənişli abunəçilər 1080p təsvir ölçüsündə, 8 GB-a qədər və təxminən üç saat uzunluğunda videolar yükləyə bilirdilər. 
 
/Qafqazinfo
Dünən, 22:53
Вернуться назад