Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.
Hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan minik maşını traktorla toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
/Qafqazinfo