DataLife Engine / Çində güclü zəlzələ baş verdi

Çində güclü zəlzələ baş verdi

Çində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri təxminən 80 min nəfər əhalisi olan Şiqatse şəhərindən 124 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
12-05-2025, 08:41
Вернуться назад