DataLife Engine / Yardımlıda oğurluq edən qadın saxlanıldı

Yardımlıda oğurluq edən qadın saxlanıldı


Qohumunun evində kirayə yaşayan şəxsin pulunu oğurlayan qadın saxlanılıb.
Cenublu.az-ın verdiyi xəbərə görə, Yardımlı şəhəri ərazisindəki evlərdən birində kirayə yaşayan qadın naməlum şəraitdə həmin evdən 5 min manat pulunun oğurlanması barədə polisə müraciət edib. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qohumu 48 yaşlı E.Miranova müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

13-05-2025, 07:20
Вернуться назад