DataLife Engine / Pakistan və Əfqanıstan arasında döyüşlər başladı

Pakistan və Əfqanıstan arasında döyüşlər başladı

Əfqanıstan Talibanı ilə Pakistan ordusu arasında mübahisəli sərhəd Bəhramç bölgəsində (Hilmənd əyaləti) döyüşlər başlayıb.
Fakt.info "Unikal"a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya” X sosial şəbəkəsində məlumat yayıb.

"Toqquşmalar sərhəddə yeni Pakistan nəzarət-buraxılış məntəqələrinin tikintisi fonunda baş verib”, - məlumatda deyilir.

Hazırda sərhəd bütün nəqliyyat növləri üçün tamamilə bağlanıb.
29-05-2025, 23:24
Вернуться назад