Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı RPŞ-nin rəisi polis-polkovniki Azay Ağayev, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə və LARTİ-nin Masallı sektorunun əməkdaşı şagirdlər üçün Polis Akademiyasında təhsilə təşviqlə bağlı söhbətlər aparmışlar.
Daha sonra tədbir debat formatında davam edərək şagirdlərin sualları cavablandırılıb.




